Tarixin yaddaşı “Bakı Film”in “Yaddaş”ında
     “Bakıfilm” kinostudiyası oktyabr ayında tamaşaçılarını növbəti yeni “Yaddaş” filmi ilə qarşılayacaq. bu ekran əsəri Qarabağ müharibəsi və onun sadə insanların başına gətirdiyi fəsadlardan bəhs edir. Real faktlar əsasında səhnələşdirilən film Azərbaycan xalqının əzmkarlıq mübarizəsini bir daha nümayiş etdirir. “Yaddaş”ın ideyası Vahid Mustafayevə məxsusdur. O, həm də filmin ssenari müəllifi və rejissorudur. O, yaratdığı ekran əsəri barədə bunları deyib: “Mən özüm də bu Qarabağ müharibəsindən çıxmışam, birinji gündən sonuncu günə kimi orda olmuşam və mənə elə gəlir ki, bildiklərimi sadəcə olaraq hamıya göstərməliyəm. Ona görə ki, mənim gördüklərim bizim arxivimizdə qalır. Arada bir göstəririk onları, amma belə tam şəkildə onları göstərmək olmurdu, indi tam şəkildə gözlərimlə gördüklərimi mən çalışacağam ki, hamıya göstərim. Filmin çəkilişləri Bakı və Şəki şəhərlərində aparılır. Hazırda çəkiliş prosesinin dayanacağı Şəkidir. Qarabağ müharibəsi mövzusundan bəhs edən filmin Şəkidə lentə alınması heç də təsadüfi deyil. İşğal olunmuş Azərbaycan torpaqlarının təbiəti Şəki mənzərəsinə yaxın olduğu üçün tamaşaçılar bu şəhərin timsalında Qarabağı yada salacaq. Film iki hissəyə bölünür, bir hissəsi Qarabağda baş verən hadisələr haqqında, ikinji hissəsi isə bizim günümüzdə, bizim vaxtımzda, yəni 2000-ci illərdə artıq atəşkəs zamanı Bakı şəhərində baş verir. Mövzu həqiqətən də çox genişdir, ona görə də biz bunu indi düşünür ki, 8 seriya olacaq, amma ola bilsin ki, yığcam formada bir serialı bədii film düzəltdik toplamış materiallardan.” Filmin Baş prodüseri Vaqif Əsədullayev: “Qarşımızda duran əsas vəzifə Şəkidə Qarabağ abu-havasını yaratmaqdır. Filmdə hadisələr 1992-ci ildə baş verir. Eyni zamanda həmin hadisələrdən 20 ilə yaxın vaxt keçir. Əlbəttə həmin dövrü təsvir etmək elə də asan deyil. Bu zaman bəzi təşkilati məsələlər ortaya çıxır ki , burada da Vahid Mustafayev şəxsən bizə kömək edir. Işimizi demək olar ki, yekunlaşdırmaq üzrəyik. Filmi oktyabr- noyabr aylarında təhvil verməyi planlaşdırırıq” “Yaddaş”da hadisələr şərti adı Nəcəf olan kənddə baş verir. Filmin süjet xətti Qarabağ müharibəsində iştirak edən 4 dost üzərində qurulub. Müharibənin sadə insanların başına gətirdiyi fəsadlar bu mərd Azərbaycan oğullarının taleyində canlandırılır. Ekran əsərində əsas rolları Şövqu Hüseynov, Pərviz Məmmədrzayev, Anar Heybətov, İlqar Musayev ifa edir. Filmə gənclərlə bərabər peşəkar sənətkarlar da cəlb edilib. Filmdə rus zabiti rolunu ifa edən Azərbaycanın Xalq artisti Yuri Baliyev çəkilişlərlə bağlı bunları bölüşdü: “Bu filmdə çəkilmək üçün razılıq verməyimin əsas səbəbi ssenari oldu. Çox qeyri adi ssenaridir. Mən xüsusilə də təşkilatı məsələlərə toxunmaq istəyirəm. Yaradıcı heyət çox əziyyət çəkir. Istənilən hava şəraitində kollektiv işinin öhdəsindən gəlməyə çalışır. Və mənim heç şübhəm yoxdur ki, çəkdiyimiz bu əziyyət ekranda öz bəhrəsini verəcək” Döyüş səhnələri və müharibə təsvirlərinin yer aldığı filmdə ağır hərbi texnikadan da istifadə edilib. Çəkilişlərinə keçən ilin dekabr ayından başlanılan “Yaddaş” filminin bu ilin oktyabr ayında ekranlara çıxarılması nəzərdə tutulub. Qeyd edək ki, filmin baş operatoru Yuli Varnovski, rəssamı Şahin Həsənlidir. ONLAR DA ÖZ İŞLƏRİ İLƏ YADDAŞ FİLMİNİN YADDAŞLARA HƏKK OLUNMASINA ÇALIŞIRLAR. Döyüş səhnələri və müharibə təsvirlərinin yer aldığı filmdə ağır hərbi texnikadan da istifadə edilib. Çəkilişlərinə keçən ilin dekabr ayından başlanılan “Yaddaş” filminin bu ilin oktyabr ayında ekranlara çıxarılması nəzərdə tutulub.
 
 
Material: ANS TV-nin “Xəbərçi” və “İç Xəbər” proqramlarında getmiş reportajlardan götürülüb.
             Sayta uyğunlaşdırdı: Kamran Qasımov