|
İstehsalat:
Film Qarabağ müharibəsindən sonra doğulan qarabağlı uşaqların bugünkü həyatından bəhs edir. 15 yaşlı yeniyetmələr və onların kiçik bacı-qardaşları o yerlər haqqında ancaq böyüklərdən eşidirlər. Sabah onların qan yaddaşında Qarabağla bağlı həqiqətlər necə formalaşacaq? Qarabağlı bugünkü gənc nəsil hansı əhval –ruhiyyədə böyüyür? Qaçqın düşərgələrində yaşayan qarabağlılar görmədikləri doğma yurdları haqqında nələr danışırlar? Bu gün də qaçqın düşərgələrində qarabağlılar doğulur:səsilə, sözü ilə, qeyri- adi fitri istedadı ilə qarabağlı olan uşaqlar. ”Biz Qarabağlıyıq”deyən bu uşaqlar qaçqın həyatı yaşamaq istəmirlər.Doğma yurda qayidacaqları günün həsrətindədirlər. |
“Biz Qarabağlıyıq” sənədli filmi