|
QISACA: Film bu günümüz üçün çox vacib hesab olunan iman və inam mövzusuna həsr olunub. Müəlliflər göstərmək istəyir ki, qəlbində inamı və imanı olan hər kəs düşdüyü mühitdən və şəraitdən asılı olmayaraq özünə , vətəninə, əqidəsinə, ən başlıcası doğma ocağına sadiq qala bilər və qalmalıdır. Susuzluq ucbatından sakinlər yavaş-yavaş kəndi tərk edir.Kəndin işıqları azalır.Yalnız bir ailə- Naxış xala və Rəhim kişi min bir əziyyətə qatlanıb yeganə övladları - Qarabağ savaşında qəhrəmancasına həlak olan Allahverdinin məzarının keşiyini çəkir, uzaq-uzaq, çətin yollar qət edərək qəbri susuz qoymurlar.Şəhid Allahverdi də son döyüşdə öz su flyaqasını erməni faşistıərinin əlindən qurtarıb arxa cəbhəyə göndərilən uşaqlara vermişdi.Maraqlı odur ki, bu susuzluqda Rəhim kişi hər gecə öz dulusçu alətinin arxasında oturub su kuzəsi düzəldir.O inanır ki, su axan arxa bir də gələr.Və nəhayət, günlərin bir günü düz şəhid məzarının yanından bulaq fışqırır.Bu gözlənilməz sevinc sanki Allahverdinin hayqırtısıdr.O kəndlərinin boş, ata-anasının tək qalmasını istəməyib. Beləcə kənddə həyat yenidən qaynayır, iman yeri- məscid, inam yeri - kənd ocaqları yenidən insanlarla dolur.Və şəhid ruhları sanki bu rahatlığı görüb aram olur.
Film ilk dəfə 8 may 2009-cu il tarixdə ANS Televiziyası ilə nümayiş etdirilib və geniş tamaşaçı marağına səbəb olub
|
"Bulaqıstan"