BAKI FİLM KİNOSTUDİYASININ TARİXİ 

Vahid Mustafayev – Prezident
Vahid Mustafayev – Prezident

Hələ 2005-ci ilin sonunda ANS Shirkətlər Qrupunun Prezidenti Vahid Mustafayev, Azərbaycanda ilk dəfə ANS TV Kanalı vasitəsi ilə Anadolu türkçəsində yayımlanan Bədii film və Serialların topladığı TV reytinqlərin rus dilli filmlərdən nəzərə çarpacaq səviyyədə yüksək olduğunu görüb Azərbaycada peşəkar müassir Hollivud texnologiyalarına arxalanan Kinostudiyanın yaradılması haqqında ciddi düşünməyə başladı. Sözsüz ki, digər ölkələrdə çəkilən müxtılif Bədii Film və Seriallar Mədəni, Dini və Dil nöqteyi nəzərindən Azərbaycan mədəniyyətinə uyğun deyildi. Bundan əlavə, o zamanlar Azərbaycanda artıq bir neçə xırda film çəkən şirkət mövcud idi. Əsasən satira və yumor janrlarında, qeyri peşəkar avadanlıqla çəkilən bu filmlər həqiqətdə satira yox Azərbaycan xalqına və mədəniyyətinə təhqir kimi qiymətləndirilə bilərdi. Keyfiyyətsiz və qeyri peşəkarlar tərəfindən yazılan ssenarilərdə azərbaycanlılar xaricdə olarkan otellərdən qətvə və dəsmal oğurlayan və savadsız insanlar kimi göstərilirdilər. Bunların qarşısıni yalnız peşəkar kinostudiyanın yaranması ilə almaq olardı.
Və 2007-ci ildə Vahid Mustafayev Azərbaycanın və azərbaycanlıların tarixini, mədəniyyətini, yaşadığımız günlərin sosial və mənəvi həqiqətlərini, bədii şəkildə və müassir kinoindustriya standartlarına uyğun olan, bəzən fərqli prizmadan işıqlandırmaqla dəyərli əsərlər yaradmaq və “Azərbaycanda istehsal olunub” nişanı ilə dünya tamaşaçılarının nəzərinə çatdırmaq məqsədi ilə bu nəhəng lahiyəni həyata keçirdi. Kinostudiya “Bakı Film” adlandırıldı.
Yuxarıda sadalanan prinsiplərə sadiq qalmaq məqsədi ilə iri büdcəli avadanlıqın alınmasından əlavə yüksək peşəkarlıqları və vətənpərvərlikləri ilə tanınan idarə heyyərini təşkil etmək lazım idi.
Allahın köməyi ilə 2007-ci ilin iyul ayında “Baki Film” kinostudiyasının ilk İdarə Heyyəti təşkil olundu: 

Mayis Məmmədov - Baş müşavir
Mayis Məmmədov - Baş müşavir
Mirşahin Ağayev – Vitse Prezident
Mirşahin Ağayev – Vitse Prezident
Mailə Muradxanlı - Baş redaktor
Vaqif Əsədullayev - Baş direktor
 

   

“Bakı Film” Kinostudiyası fəaliyyət başladığı ilk aylardan etibarən yüksək peşə keyfiyyətlərini, dünya kinematoqrafiyasında baş verən yenilikləri özündə etiva edərək, müasir zamanın və xalqın istəyinə uyğun filmlər ərsəyə gətirməyə başladı. 2007-ci ildə Kinostudiyada “Bulağıstan” qısametrajlı bədii filmi, “Qızlar” televiziya serialı, “Biz Qarabağlıyıq” qısametrajlı sənədli filmi istehsal olunaraq, tamaşaçıların ixtiyarına verildi. Elə həmin il gənc nəsillə yaşlı nəslin qarşıdurması problemini qabardan, kəskin dramaturji modeli ilə seçilən “Qaydasız döyüş” televiziya serialı istehsalata buraxıldı. 2008-ci ildə “Bakı Film” Kinostudiyasında müasir Azərbaycan tarixi üçün mühüm əhəmiyyət kəsb edən “Seçilən” bədii filmi istehsal olundu. Ermənistan xüsusi xidmət orqanları tərəfindən  Azərbaycan Prezidentinə qarşı sui-qəsdin hazırlanması və qarşısının alınması xəttini özündə birləşdirən bu ekran əsəri geniş tamaşaçı rəğbətinə səbəb oldu. “Seçilən” həm də Azərbaycan kinosuna fərqli müstəvidən baxış demək idi.  2009-cu ildə “Bakı Film” Kinostudiyası daha bir uğuruna imza atdı. “Qaydasız döyüş” televiziya serialı oktyabrın 26-ı kinosevərlərə təqdim edildi. 11 seriyadan ibarət bu ekran əsəri həyatımızın real səhnələri, günümüzün aktual problemləri ilə zəngindir. Televiziyanın reytinq göstəricilərinə baxdıqda görürük ki, “Qaydasız döyüş”ün reytinq səviyyəsi olduqca yüksək olub.  Fəaliyyətdə olduğu müddətdən bəri “Bakı Film” Kinostudiyası təkcə film istehsalı ilə deyil, həm də əcnəbi filmlərin ana dilimizə dublyajı, bir sıra məşhur brendlər üçün reklam çarxlarının çəkilişini həyata keçirir. Kinostudiyanın maddi-texniki bazası günü-gündən genişlənir. Kinostudiya ən müasir avadanlıqlarla təhciz edilir ki, bu da gələcəkdə yeni-yeni filmlərin istehsalı üçün əlverişli şərait yaradır. “Bakı Film” Kinostudiyası daim peşəkarlarla işləməyə üstünlük verir ki, bu da audiovizual məhsulların tələb olunan səviyyədə hazırlanmasına zəmin  yaradır.