Qoç döyüşü“Qaydasız döyüş” (Serial)


İSTEHSALAT;

Baş prodüser        -   Vahid Mustafayev

Baş redaktor        -   Mailə Muradxanlı

Ssenari müəllifi   -   Kamran Qasımov, İlqar Fəhmi

Qurluşçu rejissor  – Yaşar Əhmədov, Abbas Paknahad

Qurluşçu operator -   Behzad Moloud, Orxan Məmmədov, Rafiq Əliyev

FİLM HAQQINDA:

       “Qaydasız döyüş” müasir gənc, intellektual nəsillə artıq ömrünü yaşamış, pul, var – dövlət, vəzifə hərisliyini həyat amalı seçən nəsil arasında gedən gizli münaqişəyə həsr olunub. Əslində hər şey aydındır: köhnə maqnatlar öz yerlərini tenderdə qalib gələn gənclərə verməlidirlər.Amma onlar öz gəlir və postlarından asanlıqla əl çəkmək istəmirlər, ən yüksək vəzifə eşelonlarında arxa axtarır, yeri gələndə kriminal hərəkətlərdən çəkinmirlər.Əsasən detektiv janrında  qurulan ssenaridə hadisələr getdikcə düyünlənir,qəlizləşir, lakin rəqib nə qədər güclü olsa da gənclərin iradəsini, çılmasına sona qədər qoç kimi davam gətirirlər.Gərgin dramatik hadisələr üzərində qurulan serial lirik-psixoloji epizodlarla da zəngindir.  Serial da günümüzün bu günki problemlərinə, cəmiyyətimizi narahat edən məsələlərə toxunulur.

 


NÜMAYİŞ:

Seriyalın ilk nümayişi:  26.10.2009, “ANS” TV

Yaxın günlərdə: "Qaydasız döyüş" televiziya serialı DVD-də!