"Yaddaş"

Televiziya serialı


 İSTEHSALAT;

Ssenari müəllifi - Vahid Naxış
Quruluşçu rejissor - Vahid Mustafayev
Baş prodüser - Vaqif Əsədullayev
Musiqi - Yaşar Baxışev
Səs rejissoru - Uğur Səfərov
Montaj - Elşad Rəhimov

QISACA:  

 

      

        Birinci Qarabağ müharibəsinin başlanğıcı... Dörd dost  -  Əli (İlqar Musayev), Həsən (Pərviz Məmmdrzayev), Hüseyn (Anar Heybətov) və Azər (Şövqü Hüseynov) sonuncunun Arzu (Rada Nəsibova)adlı qızla nişanı üçün Qarabağa yollanırlar. Mərasim günü erməni-rus hərbi birləşmələri məclisin keçirildiyi kəndə hücum edir. Əfqanıstan müharibəsindən çıxan bu dörd dost kəndin müdafiəsinə qalxır və şiddətli müqavimət göstərərək düşməni darmadağımn edir. Amma, bu savaş müdafiəçilər üçün də itkisiz ötüşmür – Arzu yaralanır, Azər komaya düşür...

        19 ildən sonra dostlar və nişanlılar qeyri-adi şəraitdə yenidən görüşür...

         Dramatik triller janrında çəkilən və keçmişdən gələcəyə nüfuz edən YADDAŞ bizi baş qəhrəmanla bərabər həqiqətə - gözlənilməz bir sonluğa aparır

 

 

 NÜMAYİŞ:

Seriyalın Təqdimat Mərasimi:  2010-cu il, 18 oktyabr, saat 20.00

                                                  Səməd Vurğun adına Dövlət Rus Dram Teatrı

 

Seanslar:                                   19, 20 oktyabr saat 19.00 və 21.15

                                                  Səməd Vurğun adına Dövlət Rus Dram Teatrı